reklam
» » ARB-dəki biabırçılığa sərt reaksiya: "Zəif insanların üzərindən reytinq qazanılmamalıdır"

reklam

ARB-dəki biabırçılığa sərt reaksiya: "Zəif insanların üzərindən reytinq qazanılmamalıdır"

Ötən gün ARB telekanalının "Canım sizə desin" verilişində aparıcı Mehriban Xanlarova və "Azəri Vandam" adı ilə tanınan Ruslan İsmayılovun görüntüləri sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.
MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bu barədə Open.az-a açıqlama verib:
"Aparıcılar davranışları ilə yanaşı, nitqlərindəki problemlərlə də diqqəti cəlb edirlər. Qeyd edim ki, monitorinq qrupu tərəfindən bu cür hallar mütəmadi olaraq qeydə alınır, müvafiq hesabatlara salınır. Lakin ötən günkü verilişdə qanun pozuntusu qeydə alınmayıb. Verilişdə aparıcının və qonağının bayağı hərəkətləri danılmazdır”
Media eksperti Zeynal Məmmədli isə qonaq olan Ruslanın üzərindən reytinq qazanan verilişi sərt tənqid edib: “Bir insanın zəifliyini əyləncə vasitəsinə çevirmək, onu gülünc hədəfi etmək düzgün deyil. Bu televiziya etikasına uyğun gəlmir. Bunu qoyaq kənara, insanlığa uyğun hərəkət deyil. Çünki televiziyanın tirajlanma özəlliyi var. İnsanlar bunu örnək götürüb, zəif insanları alçalda bilərlər. Bu verilişlərə uşaqlar da baxır. Bu uşaqlar böyüyəndə acınacaqlı nəticələrlə rastlaşa bilərik. İnsanların ləyaqətinə toxunmaq olmaz. O adam özünə qiymət verir. Buna heç kim toxuna bilməz. MTRŞ qanun pozuntusu yoxdur deyib, mövzunu ötüşdürə bilməz.”.
 


Paylaş:


Müəllif : Tarix:
18-10-2018, 15:15
  


loading...
Загрузка...