reklam
» » Camal Qaşıqçının meyitinin harada olduğu məlum deyil

reklam

Camal Qaşıqçının meyitinin harada olduğu məlum deyil

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının meyitinin hazırda harada olduğu məlum deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü istintaqın gedişatı ilə tanış olan mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, konsulluğun sürücüsü jurnalistin meyitinin "yerli əməkdaş"a təhvil verilməsi prosesində iştirak edib.

"Reuters"in həmsöhbəti bildirib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti mərhum jurnalistin qətlə yetirilməsi və ya oğurlanması barədə göstəriş verməyib.

Onun sözlərinə görə, Qaşıqçı ilə bağlı ilkin təlimatlar yanlış izah edilib, əlavə tapşırıqlar isə "daha çox qeyri-müəyyən olub" ki, bu da sonda onun ölümünə və cinayətin gizlədilməsinə gətirib çıxarıb.

Mənbənin məlumatına görə, Krallıqda rejim tənqidçilərinin Səudiyyə Ərəbistanına gətirilməsi ilə bağlı təlimat var, lakin vəliəhd şahzadə Məhəmməd ibn Salman "bu konkret əməliyyatdan xəbərsiz olub".

Bundan əvvəl Krallığın baş prokuroru yerli jurnalist Camal Qaşıqçının İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.


Paylaş:


Müəllif : Tarix:
20-10-2018, 09:28
  


loading...
Загрузка...