reklam
» » KTN məktəb direktorlarını da səfərbər edib? - İLGİNC

reklam

KTN məktəb direktorlarını da səfərbər edib? - İLGİNC

Dünyanın mütərəqqi ölkələri təhsilə, Azərbaycanın təhsil işçiləri də pambığa sərmayə qoyurlar.

Regionxeberleri.com Reyting.az-a istinadən bildirir ki, bu haqda Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu özünün Facebook səhifəsində yazıb.
Bu şəkildə gördüyünüz pambıq sahəsi Beyləqan rayonu, Birinci Şahsevən kəndinin Gəray Əsədov adına 1 nömrəli orta məktəbinin həyətindədir.

Məktəbin direktoru ikiqat qazanc yeri tapıb, bir tərəfdən məktəbdən, digər tərəfdən də ucuz işçi qüvvəsinin cəlb edilməsi yolu ilə pambıqçılıqdan qazanır.

Şagirdlərin də gələcəkləri göz qabağındadır, uzağa getmək lazım deyil, hər gün dərsə gedəndə də, dərsdən gələndə də pambıq sahəsini görür, hətta onun zəhərli havası ilə nəfəs də alırlar.


Paylaş:


Müəllif : Tarix:
20-10-2018, 11:11
  


loading...
Загрузка...