reklam
» » Sərxoş halda polisə yaxalanan vəkildən ittihamlar - “Ailə üzvlərimi qorxudublar... Haqlarım pozulub”

reklam

Sərxoş halda polisə yaxalanan vəkildən ittihamlar - “Ailə üzvlərimi qorxudublar... Haqlarım pozulub”

Vəkil Bəhruz Bayramov içkili vəziyyətdə avtomobil idarə edərkən yol polisi tərəfindən saxlanılmasına reaksiya verib.

Regionxeberleri.com BakuPost-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə açıqlama ilə çıxış edərək bildirib ki, ailə üzvlərindən birinin doğum günü məclisində az miqdarda spirtli içki qəbul edibmiş: "Mən qanuna riayət edən şəxsəm, vəkillik fəaliyyətimlə əlaqədar öz məsuliyyətimi dərindən dərk edirəm. Dünən üzləşdiyim hadisə məni çox məyus etdi. Doğrusu, qarşılaşdığım kobudluğu, bəlkə də təşkil olunmuş belə bir hərəkəti heç ağlıma gətirə bilməzdim. İstəyəndə hər şey edə bilərlər.

Məclis bitdikdən sonra ayıq sürücü xidmətlərindən birinə müraciət etdim, sürücü göndərdilər. Maşına oturarkən onun haqqını ödədim. Məhəlləmizə çatanda marketdən ərzaq almaq üçün düşdük, qayıdanda gördüm ayıq sürücü yerində yoxdu. Bizi oradaca qoyub çıxıb getmişdi. Evimizə az qalmışdı, məcburən maşını sürməyə hazırlaşırdım ki, yol polisi əməkdaşları başımın üstünü kəsdirib içkili olduğumu iddia etdilər. Mən dedim siz bunu haradan müəyyən etdiniz? Bundan sonra qalmaqal başladı, polislər ailə üzvlərimin yanında mənə qarşı alçaldıcı hərəkətlər etdilər. Nazir Ramil Usubova göndərdiyim məktubda da bu fikirləri qeyd etmişəm”.

Vəkil DİN-in mətbuat xidmətinin onun təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozduğunu, bununla bağlı da şikayət etdiyini dilə gətirib. O, polislərin onun ailə üzvlərini qorxutduğunu iddia edib: "Məni aparandan sonra ailə üzvlərimin fotolarını çəkib onları da idarəyə aparacaqları ilə qorxudublar. Həmin ərazidə kamera var, görüntülərin mənə təqdim olunması üçün müraciət etmişəm. Ordan müəyyən olunacaq ki, maşını kim idarə edib. Ayıq sürücü xidməti göstərən şirkət də mənim sürücü sifariş etdiyimi təsdiqləyib. Bununla bağlı səs yazıları və həmin sürücünün kimliyi, sifarişin yerinə yetirilməsinə dair xüsusi məktub da mənə veriləcək”.


Paylaş:


Müəllif : Tarix:
23-10-2018, 12:21
  


loading...
Загрузка...