reklam
» » Zamirə Hacıyevanın 400 minlik zinət əşyaları müsadirə edildi - FOTO

reklam

Zamirə Hacıyevanın 400 minlik zinət əşyaları müsadirə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərənin anti-korrupsiya qanununun ilk hədəfinə çevrilib və onun barəsində istintaq başladılıb.

Regionxeberleri.com "İndependent"ə istinadən xəbər verir ki, Z.Hacıyevaya aid 400 min funt sterlinq (883 min 960 AZN) dəyərində zinət əşyaları korrupsiya ilə mübarizə çərçivəsində müsadirə edilib.

Belə ki, ötən həftə İngiltərədə ilk dəfə "İzah edilə bilməyən var-dövlət" qanunu tətbiq olunmağa başlanaraq, Hacıyevanın auksion üçün "Christies" Hərrac Evinə verdiyi qızıllar ələ keçirilib.

Ləl-cəvahiratlar arasında 20 min funt sterlinq (təxminən 45 min AZN) dəyərində bir inci boyunbağı, 100 min funt sterlinq (221 min AZN) dəyərində safir bir boyunbağının olduğu bildirilib. Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyi dələduzluqda ittiham olunan keçmiş bankir arvadına qızılların necə maliyyələşdirildiyini izah etmək üçün altı ay verilib. Məhkəmə pulun mənbəyi açıqlanana qədər qızılların altı ay saxlanıla biləcəyinə hökm edib.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. İstintaqda olan məlumata görə, Z.Hacıyeva Londona qaçıb.

O, 15 noyabr 2014-cü ildə Bakını tərk edib və bu günə qədər də geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.

Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada - Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub.
 


Paylaş:


Müəllif : Tarix:
5-11-2018, 10:33
  


loading...
Загрузка...