reklam
» » Vətəndaşı biabır edən "Kontakt Home"dan arın-arxayın açıqlama - "...baş verə bilməz"

reklam

Vətəndaşı biabır edən "Kontakt Home"dan arın-arxayın açıqlama - "...baş verə bilməz"

Kredit borcunu ödəməyən şəxsin şəklinin “ABC Telekom” şirkəti tərəfindən binaya yapışdırılması halı baş verə bilməz.

Bu sözləri Axar.az-a açıqlamasında “Kontakt Home” mağazalar şəbəkəsinin operatoru Bayram Bayramov deyib. O bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Əgər kreditin ödənilməsində hər hansı gecikmə olarsa, bu zaman müştəri ilə əlaqə yaradırıq. Müştəriyə zəng çatmadıqda isə bizdə birinci və ikinci dərəcəli qohumların əlaqə nömrələri olur və onlarla əlaqə saxlanılır. Sözügedən məsələ ilə bağlı bizə artıq şikayət daxil olub. Məsələ müvafiq şöbəyə yönləndirilib. Bununla bağlı araşdırmalar aparılır”.

Qeyd edək ki, Oxu.az “ABC Telekom” şirkətinin 1583 manat borcunu ödəməyən qadının şəklini Səbail rayonu ərazisində yerləşən binalara yapışdırması haqqında məlumat yayıb.


Paylaş:


Müəllif : Tarix:
6-11-2018, 17:57
  


loading...
Загрузка...