reklam
» » İşçilər Rövşən Mahmudovu ittiham edir - “Sumqayıt Texnologiyalar Parkı”nda kütləvi ixtisarlar

reklam

İşçilər Rövşən Mahmudovu ittiham edir - “Sumqayıt Texnologiyalar Parkı”nda kütləvi ixtisarlar

Son 2 ayda Prezident İlham Əliyevin dəstəyi ilən inşa olunaraq ərsəyə gətirilən “Sumqayıt Texnologiyalar Parkı”nda çalışan yüzə yaxın işçi işdən çıxarılıb. Bu barədə işdən çıxarılmış işçilər AzToday.az-a məlumat verib.

Onların sözlərinə görə, “Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyi heç bir əsaslı səbəb olmadan təcrübəli işçilərlə vidalaşır, əvəzində isə STP-də məsul vəzifədə çalışan Rövşən Mahmudov adlı şəxsin yaxın adamları işə qəbul edilir:

“Rövşən Mahmudov və onun başına yığdığı şəxslər zavod işçiləri arasında sanki etnik təmizləmə aparır. “Bundan xoşum gəlmir, işdən azad edilsin” prinsipi ilə onlarla zavod əməkdaşının işdən azad olunmasına səbəb olmuşlar. İllərlə bu müəssisədə çalışan, zəngin təcrübəyə sahib olan əməkdaşların bir anda kimlərinsə kaprizlərinə görə, işdən azad edilməsi nə dərəcədə düzgündür? Eyni zamanda yeni işə qəbul olunanlar da mütləq şəkildə Rövşən Mahmudovun şəxsən tanıdığı şəxslər olmalıdır. Belə ki, Rövşən Mahmudov müxtəlif aparıcı vəzifələrə, konkret SƏTƏM, Təhcizat, Nəqliyyat, Texniki dəstək kimi mühüm şöbələrdə öz adamlarını yerlədirərək, müxtəlif çirkin oyunlarının həyata keçirilməsini özü üçün daha da asanlaşdırmışdır. Dolayısı ilə bu şəxslərin də iştirakı ilə lazım olan və olmayan malların alınmasını təmin etdirərək öz istəklərinə nail olur. Eyni zamanda bu məsələlərdə iştirakçı olmaq istəməyən və ya mane olmaq istəyən əməkdaşları da müxtəlif bəhanələrlə işdən uzaqlaşdırırlar. Bu cür bəhanələrin ən populyarı attestasiyadan keçməmək və müqavilə tarixinin bitməsidir..”.

İşdən çıxarılan şəxslərin sözlərinə görə, Rövşən Mahmudov tərəfindən işdən çıxarılan 92 nəfər etirazlarına Sumqayıt şəhər İcra Hakimiyyətinin müdaxiləsi də heç bir nəticə verməyib% “İşdən çıxarılmağımızla bağlı etiraz etdik. İcra hakimiyyətindən gəlib, bizi yenidən işə bərpa etdilər. Amma qısa müddətdən sonra Rövşən Mahmudov işçiləri tək-tək işdən azad etməyə başladı. Hazırda da bu proses davam etməkdədir. Respublika prezidenti İlham Əliyevin hər il minlərlə yeni iş yeri açılmasında göstərdiyi səylərə baxmayaraq bu cür dırnaqarası qocaqlar onlarla insanı işsiz qoyaraq, “burda ancaq mənim tanışlarım işləməlidir” prinsipi ilə öz fəaliyyətlərindədir. Rövşən Mahmudovun imperiyası STP-də günü-gündən böyüyür və güclənir, bununla tərs mütənasib olaraq STP zəifləyir. Görəsən bu cür strateji müəssisənin rəhbəri təyin edilmiş Emin Məmmədovun Rövşən Mahmudovun çıxardığı hoqqalardan doğrudanmı xəbəri yoxdur? Yoxsa …”.

Qeyd edək ki, “Expressbank”ın Müşahidə Şurasının sədri Emin Məmmədov “Sumqayıt Texnologiyalar Parkı” MMC-də baş direktor vəzifəsinə ötən il təyin olunub. Görünür, bank sahəsində yaxşı menecer kimi tanınan Emin Məmmədov istehsalatda bərbad idarəedicidir. Əks təqdirdə minlərlə işçinin çalışdığı nəhəng istehsalat müəssisələrində bu cür xoşagəlməz hallar yaşanmazdı…


Paylaş:


Müəllif : Tarix:
12-11-2018, 10:47
  


loading...
Загрузка...