reklam
» » “Gərək, belə bibarçılıqla vəzifəsi ilə vidalaşmayaydı…” - Abel Məhərrəmovun həbs etdirdiyi jurnalist

reklam

“Gərək, belə bibarçılıqla vəzifəsi ilə vidalaşmayaydı…” - Abel Məhərrəmovun həbs etdirdiyi jurnalist

Dünən işdən çıxarılan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun 12 il əvvəl həbs etdirdiyi jurnalist Samir Adıgözəlli keçmişdə baş vermiş və həbsinə səbəb olan məlum hadisə ilə bağlı fikirlərini Azinforum.az-la bölüşüb. Samir Adıgözəllinin sözlərinə görə, həmin vaxt onun həbsinin sifarişi birbaşa Abel Məhərrəmov tərəfindən verilmişdi:

“Bəli, doğru olaraq qeyd edirsiniz ki, mən Abel Məhərrəmovun məhkəməyə verdiyi iddia əsasında həbs olunmuşam. 23 fevral 2006-cı ildə Bakının Nizami rayon Məhkəməsinin hökmü ilə, Abel Məhərrəmovun şərəf və ləyaqətinə zərbə vurduğumla bağlı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək – 1 il 6 ay müddətinə azadlıqdan mərhum olundum. Həbsimə səbəb rəhbəri olduğum “Böyük Millət” qəzetində Abel Məhərrəmov haqda dərc edilən tənqidi yazı olmuşdu. Əslində, həmin yazının müəllifi heç mən deyildim. Sözügedən məqaləni həmin vaxtlar Abel Məhərrəmovla aralarında ciddi itriqa olan Azərbaycanın İrandakı sabiq səfiri, mərhum Əliyar Səfərli yazmışdı. O vaxt hiss etdim ki, Abel müəllim bundan xəbərdardı və hədəf olaraq Əliyar Səfərlini seçib. Əliyar müəllimin ağsaqqalığını nəzərə alıb, bütün məsuliyyəti öz üzrəimə götürdüm. Elə həbs olunduğum ilin oktyabr ayında Prezidentin imzaladığı əfv fərmanı ilə cəzamın çəkilməmiş hissəsindən azad olundum”.

Samir Adıgözəlli deyir ki, həbsdən sonra bir neçə dəfə Abel Məhərrəmovla görüşüblər :

“Hiss edirdim ki, Abel müəllim tutduğu əməldən peşmançılıq çəkir. Hətta “jurnalistlərin dostu” nominasiyasına layiq görünərkən, bir qələm adamını həbs etdirdiyindən, təəssüf hissi keçirdiyini də etiraf etmişdi. Həmin vaxt mənim özümdə də müəyyən səhvliklər olmuşdu. Bunu etiraf edirəm. Bəziləri cavanlığımdan, saflığımdan istifadə edərək, məni öz itriqalarının qurbanına çevirdilər. Mən təbiətən kiminsə dar gününə sevinən adam deyiləm. Mübarizəni də açıq sifətlə , öz adımla aparıram. Yıxılan ağaca balta vurmaq da mənlik deyil. Bilirəm ki, Abel Məhərrəmovun üzərinə hücumlar çox olacaq, ancaq mənim həmin kompaniyada yer almaq kimi fikirim yoxdur. Məni bu məsələdə dərindən təəssüfləndirən məqam Abel Məhərrəmovun vəzifəsindən kənarlaşdırılması olmadı. Elə bilirəm ki, 20 il bir üniversitetə rəhbərlik etmək az müddət deyil. İşləyib, bəsidir. Sadəcə, gərək belə bibarçılıqla vəzifəsi ilə vidalaşmayaydı”.

S. Adıgözəlli deyir ki, Abel Məhərrəmovla bağlı yayılan xəbərlərə inansaq, ortaya məmurların, bəzi vəzifə adamlarının nə dərəcədə harınladığı, pul düşgünü olduqlarına dair çılpaqlıqlar çıxır:

“Bu birbaşa ölkə rəhbərinin etimadını doğrultmamaqdır. Görün, bu adamları yola salıblar ki, gedib beynəlxalq tədbirdə ölkəni təmsil etsinlər. Əvəzində onlar gedib restoranda yeyib-içəndən sonra dalaşıb ölkəmizi biabır ediblər. Prezident hərənin yanına bir nəzarətçi qoymalıdır? Abel Məhərrəmov məgər uşaqdır ki, ona özünü necə aparmaq başa salınsın? Bir sözlə, bir vəzifə adamının, ziyalnın özünü belə rəzil duruma salmasından dərin təəssüfləndim”.


Paylaş:


Müəllif : Tarix:
16-11-2018, 09:43
  


loading...
Загрузка...