reklam
» » “Zülfüqarlıların sexi”nin Bakını zəhərlədiyi təsdiqləndi - NAZİRLİK ARAŞDIRMA APARDI, TƏDBİR GÖRÜLƏCƏK...

reklam

“Zülfüqarlıların sexi”nin Bakını zəhərlədiyi təsdiqləndi - NAZİRLİK ARAŞDIRMA APARDI, TƏDBİR GÖRÜLƏCƏK...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Binqədədi rayonunda, “1-ci Mədən” kimi tanınan yaşayış massivində fəaliyyət göstərən kustar metaləritmə sexində araşdırma aparıb. Nazirlikdən virtualaz.org-a verilən məlumata görə araşdırma nəticəsində müəssisənin havanı təhlükəli tullantılarla çirkləndirdiyi təsdiqlənib.

“Zülfüqarlı qardaşları” kimi tanınan kustar metal oliqarxlarına məxsus olan həmin metal sexinin fəaliyyəti barədə ötən həftə virtualaz.org saytının reportyor qrupu yazmışdı. (http://virtualaz.org/olke/129428)Məlum olmuşdu ki, fərdi yaşayış evlərinin arasında, sovet dövrünün beton zavodunun xarabalıqlarında fəaliyyət göstərən kustar metal sexinin heç bir təmizləyici qurğusu yoxdur. Ətrafda yaşayanlar 3 ilə yaxındır ki, fəaliyyət göstərən bu sexin havaya buraxdığı zəhərli tüstünü, hisi udmalı olurlar. Sakinlər dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etsələr də sex ancaq cüzi məbləğlərdə cərimələnib və öz işini davam etdirməkdədir.

Bu araşdırmadan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri həmin müəssisədə olub və havadan nümunələr götürüblər. Nazirlikdən verilən məlumata görə nümunələrin analizi havada təhlükəli tullantıların normadan xeyli artıq olduğunu təsdiq edib.

“Nazirlik sabah aparılmış analizlərin nəticələri əsasında bu müəssisə barədə tədbir görəcək. Ya cərimə cəzası tətbiq ediləcək, ya da fəaliyyətinin dayandırılması üçün təqdimat veriləcək”-Ekologiya və Təbii Sərvətlər Nazirliyindən belə deyiblər.

Qeyd edək ki, virtualaz.org Zülfüqarlı qardaşlarının kustar sexlərinin illərdir Bakıda ətraf mühiti çirkləndirdiyi barədə yazır, faktları təqdim edir. Amma bu cür kustar sexlərə qarşı ciddi tədbirlər görən yoxdur, cərimə cəzaları isə Zülfüqarlı qardaşları və onlara bənzər digər kustar metal oliqarxları üçün belə görünür ki, təsirli deyil.


Paylaş:


Müəllif : Tarix:
19-11-2018, 16:17
  


loading...
Загрузка...