reklam
» » Qurbanovun baş rol aldığı dəniz quldurluğu: - Hövsan sahilindən oğurlanan gəminin izi ilə...

reklam

Qurbanovun baş rol aldığı dəniz quldurluğu: - Hövsan sahilindən oğurlanan gəminin izi ilə...

 
Uzun müddətdir ki, ölkə mətbuatında “Yunıy Moryak” adlı gəminin oğurlanması, sonradan gəmiyə saxta sertifikat verilməsi ilə bağlı olayın təfərrüatları dərc olunur. Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanovun birbaşa iştirakı ilə həyata keçirilmiş bu ağlagəlməz oğurluq olayının qaranlıq məqamlarına aydınlıq gətirmək məqsədilə Savash.org əməkdaşı “Yunıy Moryak” gəmisinin sahibi Qəmbər Səfərovla görüşüb.

Sözlərinə “kaş Azərbaycana gəlməz olaydım” cümləsi ilə başlayan açıqlamasını həyacansız dinləmək olmur. O danışdıqca xəyalən sanki orta əsrlərə, dəniz quldurlarının iştirakı ilə reallaşan əsatirlərə qayıdır adam. Olay isə orta əsrlərdə yox, 21-ci əsrdə baş verib, motiv isə elə orta əsrlərdəki dəniz quldurlarının əməllərinin eynisidir. Beləliklə...

İş adamı böyük ümidlərlə Rusiyada aldığı gəmini Azərbaycana gətirir...
Qəmbər Səfərov Savash.org əməkdaşına bildirib ki, o uzun illər Rusiya Federasiyasında gəmi və gəmi avadanlıqlarının alqı-satqısı ilə məşğul olub. Hətta bir neçə dəfə Azərbaycanda müxtəlif hüquqi və fiziki şəxslərə gəmi də satıb. Ölkəyə gətirdiyi sonuncu gəmi ilə bağlı başına gələnləri isə yuxusunda da görsə inanmazmış.
İş adamının sözlərinə görə, qalmaqallı “Yunıy Moryak” gəmisi gəzinti üçün nəzərdə tutulub, elə həmin gəminin Azərbaycana gətirilmə səbəbi də gəmioni profilinə uyğun işlətmək olub.

“Yunıy Moryak” Bakı-Nabran marşrutunda üzməliymiş, amma..
Belə ki, çoxdan tanıdığı bir iş adamı Qəmbər Səfərova təklif edib ki, bir gəzinti gəmisi gətirə bilsə Azərbaycanda ortaq iş qurmaq və qazanmaq imkanı əldə etmək olar. Biznes layihə isə bundan ibarət olub ki, gəzinti gəmisi ilə Bakı-nabran marşrutu üzrə turist gəzintiləri təşkil edilsin. Qəmbər Səfərov deyir ki, bu ideya ona həddən artıq cəlbedici görünüb və o Rusiya Federasiyasında dərhal bu işə yarayacaq gəminin axtarışına başlayıb. Axtarışlar uzun çəkməyib, 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən onun bütün tələblərinə cavab verən gəmi alıb. “Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov təxminən 6 ay gəmini təmir etdirib. Bundan sonra isə “Yunıy Moryak” böyük ümidlərlə Xəzərin Azərbaycan sərhədlərinə yan alıb...

Qüdrət Qurbanovun baş rol aldığı dəniz quldurluğu: Hövsan sahilindən oğurlanan gəminin izi ilə... – FİLM KİMİ OLAY, birinci hissə...Və ”möcüzə”, gəmi Hövsanda yoxa çıxır...
Qəmbər Səfərov Savash.org-a bildirib ki, “Yunıy Moryak” Azərbaycan sahillərinə çıxdıqdan sonra gəminin də, onun da qara günləri başlayıb. Belə ki, fotosunu təqdim etdiyimiz “Yunıy Moryak” ı Hövsan sahillərindəki limanların birində saxlayan sahibkar müvafiq sənədləşmə işləri üçün fəaliyyətə başlayıb. Lakin günlərin birində gəmini saxladığı sahilə gələndə gözlərinə inanmayıb: Gəmi yoxdur!!!

Qəmbər Səfərov öncə nə edəcəyini bilmir, sonra isə Xəzərin Azərbaycan sektoru üzrə sahilboyu gəminin axtarışına başlayır. Gəmi sanki iynə olub, dənizdə itib, onu “gördüm” deyən olmur. Sərhəd xidmətinə rəsmi müraciət ünvanlayır ki, gəminin ölkədən çıxıb-çıxmadığına əmin olsun. Cavab gəminin ölkə sərhədlərini keçmədiyini təsdiqləyir. Bundan sonra iş adamı gəmisini məhz Azərbaycanda axtarmaq lazım olduğunu başa düşür və belə də edir. Uzun axtarışlardan sonra isə bəlli olur ki...
- “Yunıy Moryak” oğurlanıb...
- Gəmini kimlər oğurlayıb və Qüdrət Qurbanov “Yunıy Moryak”a saxta sertifikatı necə verib?
- “Yunıy Moryak” “Ramin”ə necə çevrildi?
- İş məhkəmədə və məhkəmə qərarları gəminin Qəmbər Səfərova məxsusluğunu təsdiqləyir...
- Qüdrət Qurbanov hətta məhkəmə qərarlarından sonra belə gəmini sahibinə qaytarmaq istəmir...
- Qüdrət Qurbanov “bu iş mənlik deyil, gəmi “Ağbaş”ın əlindədir açıqlaması ilə kimləri hədəfə gətirmək istəyir?
- Sənədlərin saxtalaşdırılmasında şok naşılıq: 24 metr uzunluğunda olan gəmi sonradan 6 metr necə “uzandı”?
- Sən demə, Qəmbər Səfərov Rusiyada hələ bu gəmini almamışdan aylar öncə onu Azərbaycanda “satıbmış”...Necə olur?

Olayla bağlı bu və digər şok nüanslar, eləcə də gəmi oğurluğunu ifşa edən rəsmi sənədlərlə bağlı bütün təfərrüatlar növbəti yazılarımızda...


Paylaş:


Müəllif : Tarix:
14-03-2017, 09:05
  


loading...
Загрузка...