reklam
» » Azərbaycanlı oliqarx milyonerlər adasındakı evini satdı - XÜSUSİ PROKURORUN APARDIĞI İSTİNTAQA GÖRƏ?

reklam

Azərbaycanlı oliqarx milyonerlər adasındakı evini satdı - XÜSUSİ PROKURORUN APARDIĞI İSTİNTAQA GÖRƏ?

Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov ABŞ-ın Flordida ştatındakı Fişer adasındakı (Mayami sahilləri) elit “Palazzo Del Sol” kompleksindəki mənzilini 8.5 milyon dollara satıb. Virtualaz.org “The Real Deal” daşınmaz əmlak saytına istnadən xəbər verir ki, sənədlərə əsasən həmin mənzili alan rusiyalı Boris Reznikdir. Reznik “Biorasi” araşdırma şirkətinin əsasını qoyub və onun arvadı Larisanın adına Fişer adasındakı “Seaside Village” kompleksində mənzil, habelə Aventurdakı “Hamptons Sotuh” kompleksində kondominium qeydiyyatdadır.

Bildirilir ki, Ağalarovun mənzilinin satışına dair sövdələşməyə əsasən 4738 kv. Fut ölçüsündə olan əmlak üçün hər kv.futa görə 1786 dollar hesablanıb. Lakin bu qiymətə mənzilin mebeli daxil deyil. Alıcı mebellər üçün əlavə 930 min dollar da ödəyib və nəticədə əmlakın ümumi satış qiyməti 9.4 milyon dollar olub.
 


Paylaş:


Müəllif : Tarix:
4-12-2018, 10:17
  


loading...
Загрузка...