reklam
» » “Avrasiya Hospital”ın PR fırıldağı – Baş redaktordan açıqlama

reklam

“Avrasiya Hospital”ın PR fırıldağı – Baş redaktordan açıqlama

AFN portalı “Avrasiya Hospital”ın fırıldağı ilə üzləşib.

Bu barədə saytın baş redaktoru Səbuhi Qafarov məlumat verib. Onun sözlərinə görə, bir neçə gün öncə 0502851905 nömrəsindən zəng edərək özünü klinikanın əməkdaşə kimi təqdim edən şəxs AFN-də reklam şərtləri ilə yazı yerləşdirmək istədiklərini deyib: “Əməkdaşımızla danışdı, bildirdi ki, sosial aksiya keçirirlər, güzəşt kampaniyası elan ediblər, xəbərini saytda vermək arzusundadırlar.

Bunun üçün müəyyən məbləğ təklif etdilər, hansı ki, bizim saytın özünün təyin etdiyi məbləğin yarısı qədər idi. Biz isə razılığımızı bildirdik, dedik ki, əgər sosial aksiyadırsa problem yoxdur. Hətta onu da dedik ki, siz bu aksiyanı pulsuz etsəydiniz biz pulsuz da yayımlaya bilərdik, bəlkə hansısa ehtiyaclı şəxs kampaniya haqda xəbər tutub yararlana bilər deyə. Ödəniş bizə çatdırıldı, lakin dərc olunmalı olan material göndərilmədi.

Əməkdaşımız bir neçə dəfə zəng edib dedikdən sonra iş gününün sonunda material göndərildi və biz gördük ki, sırf reklam xarakterli bir yazıdır. Hospitalın ürək mərkəzinin reklamı gedir, sonda isə elan olunmuş endirim kampaniyası haqda iki link qoyulub. Danışığın şərtlərinə uymadığı üçün yazını dərc etmədik, saxladıq və qərara gəldik ki, özləri ilə əlaqə saxlayaq. Çünki göndərilən material birbaşa güzəşt kampaniyası haqda deyildi, reklam idi.

Səhər bizi 0552111990 nömrəsindən Amil adlı bir şəxs aradı və özünü hospitalın PR-meneceri kimi təqdim edərək bildirdi ki, əməkdaşları bizlə yanlışlıqla(?) əlaqə saxlayıblar, onların bizdə reklamı gedə bilməz. Biz də öz növbəmizdə səbəblə maraqlanmazdan öncə iradımızı bildirdik, diqqətinə çatdırdıq ki, zatən materialın getməsi mümkün deyil, ödənişi geri qaytaracağıq, çünki ortada yalan var. Və nəhayət səbəbə gəlincə, qarşı tərəfin düppədüz fırıldağa əl atdığı bizə aydın oldu. Amil bəy bildirdi ki, bizim saytda onların rəhbərləri haqda neqativ yazı var və belə olan halda hospitalın reklamı bizdə gedə bilməz. Mümkündürsə o yazını götürün, sonra reklam materialını qoyun deyə bizə təklif etdi. Təbii ki, rədd cavabı aldı. Qarşı tərəfin neqativ dediyi yazı 3 il əvvəl dərc edilib AFN-də. Aydın məsələdir ki, 3 il əvvəlki yazı ilə sayta bu gün qoyulan yazı yanaşı düşmür, üstəlik də heç kim bu gün oxuduğu yazıdakı şəxslə, yaxud obyektlə bağlı neçə il əvvəl saytda gedən başqa yazını axtarıb tapıb oxumur”.

S.Qafarovun sözlərinə görə, ilk dəfədir ki, belə bir halla qarşılaşırlar: “Sözün düzü, indiyədək çox yerdən müraciət edib hansısa yazının saytdan götürülməsini xahiş ediblər, yaxud bizimlə reklam müqaviləsi bağlayan şirkətlər olub ki, saytda əvvəllər gedən neqativ yazıların çıxarılmasını istəyiblər. Amma bu dəfəki deyəsən, müasir PR üsuludur, çünki biz ilk dəfədir rast gəlirik ki, əvvəla, sosial kampaniya adı ilə danışıqlar aparır, qiymət müəyyənləşdirirlər sonra sırf reklam mətni göndərirlər, daha sonra isə əlaqə saxlayıb əvvəlki illərdə gedən hansısa yazının çıxarılmasını təklif edirlər. Yəqin qarşı tərəf elə düşünüb ki, AFN-də onların verdiyi vəsaitə çox ehtiyac var, amma yanılıblar. Əməkdaşlarına zəng edib bildirmişik ki, vəsaiti götürsünlər, yəqin ki, bu gün zəngləşib götürəcəklər. Mən həmkarlarıma səslənirəm, “Avrasiya Hospital”dan sizə oxşar təklif gəlsə, ayıq-sayıq olun, aldanmayın”.
yenicag.az


Paylaş:


Müəllif : Tarix:
10-01-2019, 13:11
  




loading...
Загрузка...