reklam
» » 8 gündür, komada olan jurnalistin xanımından prezidentə MÜRACİƏT

reklam

8 gündür, komada olan jurnalistin xanımından prezidentə MÜRACİƏT

Jurnalist Könül Aypara (Qocayeva) komaya düşən həyat yoldaşı, "Mediapress.az” Xəbər Agentliyinin baş redaktoru Natiq Qocaman ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Regionxeberleri.com-un BakuPost-a istinadən məlumatına görə, K. Aypara müraciətində bildirib ki, 20 ildən artıqdır, mediada fəaliyyət göstərən jurnalist, "Oxu məni” qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, "Mediapress.az” Xəbər Agentliyinin baş redaktoru, "Tərəqqi” medalı ilə təltif edilən, iki azyaşlı uşağın atası Natiq Qocaman 8 gündür, insult diaqnozu ilə komaya düşüb.

Müraciətdə qeyd edilib ki, Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, fevral ayının 1-dən komada olan N. Qocamanın vəziyyəti ağır olaraq qalmaqda davam edir, müalicəsinin yalnız xaricdə mümkün olduğu bildirilir. K. Aypara xaricdə müalicəyə imkanlarının olmadığını yazıb: "Cənab prezident, Natiq Qocamanın müalicəsinə yardım etməyinizi xahiş edirəm. Əminəm ki, siz həyat yoldaşımın ağır vəziyyətini nəzərə alaraq, onun müalicəsi üçün köməklik göstərəcəksiniz”.


Paylaş:


Müəllif : Tarix:
9-02-2019, 16:08
  




loading...
Загрузка...