reklam
» » Azərbaycana gətirilən vərəmli ət qalmaqalı ilə bağlı iddialar - VİDEO

reklam

Azərbaycana gətirilən vərəmli ət qalmaqalı ilə bağlı iddialar - VİDEO

Kütləvi informasiya vasitələrində (KİV) Gürcüstan vasitəsilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycana idxal edilməsi barədə məlumat yayılıb.
DBNX belə təkzib edir: Hansı ölkədən gəlirsə, sağlamlıq arayışı verilir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Hurriyyet.org-a bildirilib ki, Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsullara həmin ölkələrin baytarlıq xidmətləri tərəfindən sağlamlığına dair baytarlıq sertifikatı və digər müvafiq sənədləri təqdim edildikdən sonra onların idxalına icazə verilir: “Respublikaya idxalına icazə verilmiş heyvandarlıq məhsulları müvafiq laboratoriya müayinələrindən keçirildikdən sonra istifadəsinə icazə verilir. Bu müddət ərzində laboratoriyada müvafiq analizləri aparılan idxal edilən məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməyib”.
Gürcüstan Azərbaycana buraxdığı heyvanlara vərəm virusuyla bağlı analiz aparmır
Amma jurnalist Ələddin Kəsəsmənli talk.tv-yə bildirib ki, Gürcüstandan və digər ölkələrdən xəstə heyvanların gətirilməsi mümkündür. Çünki o, Gürcüstanın Saqaredjo rayonunun baytarlıq idarəsinin inspektoru Nono Buzariaşviliylə əlaqə saxlayıb. Xanım Buzariaşvili deyib ki, Gürcüstanda Respublika Baytarlıq Laboratoriyasında fəaliyyət göstərən Bakteriologiya və ekspress-diaqnostika şöbəsi tək burselyozu analiz edir, tuberkulyoz virusu onlarda analiz olunur və bu haqda sənəd və sertifikat vermirlər.
Belə olan halda DBNX rəsmisi hansı məsuliyyətlə deyə bilər ki, Gürcüstandan Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsullara həmin ölkənin baytarlıq xidmətləri sağlamlığa dair baytarlıq sertifikatı verilir? Axı videodan da aşkar görünür ki, vərəm virusu üzrə analiz aparılmır. DBNX rəsmisinin verdiyi cavabdan heç də məlum olmur ki, Azrbaycana idxal edilən heyvanların hamısı müayinədən keçir.
Biznesmen vərəm müayinəsiylə bağlı saxta sənəd düzəldir
Araşdırmaçı jurnalist Ə.Kəsəmənli bildirir ki, bu sahə tamamilə başlı-başına buraxılıb: “Yəni Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəyə gətirilən heyvanlar arasında bruselyozla əlaqədar yoxlamalar aparsalar da, vərəm virusu ilə əlaqədar müayinələr həyata keçirilmir. Bu günlərdə Dadaş Şükürov adlı iş adamının Qırmızı Körpü sərhəd keçid məntəqəsindən vərəm viruslu mal-qara keçirib. Gürcüstandan alınan sənədlərdə tək birsilyoz xəstəliyinə sertfikat verilir, Dadaş Şükürov isə bu sənədə "vərəm" xəstəliyinin müayinəsini də əlavə edib aidiyyatlı orqanlara təqdim edir.”
Məmurların erməni dayılarıyla biznes və ölüm planı
Sosial şəbəkələrdə isə qeyd edilir ki, Gürcüstan vasitəsilə Ermənistandan Azərbaycana idxal edilən arıq, zəif diri heyvanlar əsasən Qarabağın işğal edilməmiş ərazilərində bəslənir. Bu işdə maraqlı olan məmurlar var ki, onlar Ermənistanda erməni dayıları vasitəsilə məsələni həyata keçirir. Kənd təsərrüfatı yarmarkalarında kiloqramı 6-7 manata satılan ətlər də məhz bu ətlərdir. Çünki hazırda bazarda ətin kiloqramı 11-12 manatadırsa (bu ətlərin də mənşəyi istehlakçıya məlum deyil), KTN-nin yarmarkalarında 6-7 manata bu məhsul necə satıla bilər?
Azərbaycanda vərəm tüğyan eləyə bilər
Həkimlər bildirirlər ki, vərəm – əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir. Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən dünyada il ərzində 9 milyondan artıq insan bu xəstəliklə xəstələnir və 2 milyona yaxın insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır.
Azərbaycanda sosial durum gün-gündən pisləşməkdə davam edirsə, gündəlik qidalanma tələbatını ödəyə bilməyib zəifləyən istənilən insanın vərəmə yoluxma ehtimalı yüksəlir. Belə olan halda Ə.Kəsəmənli demişkən, ermənilərin əlavə xərc çəkib silah almasına nə ehtiyac var?
Həkim rəyi: Nəinki vərəm, sibir xorası, burselyoz da insana yoluxur
Professor Adil Qeybulla bildirir ki, əslində Azərbayacana daxil olan bütün heyvanlar istər diri heyvanlar, istərsə də tədarük olunmuş ət məhsullarının hamısı baytarlıq nəzarətində olmalıdır: “Nəinki vərəm, sibir xorası, burselyoz və sair bu kimi xəstəliklər heyvanlardan insanlara keçə bilir. Əlbəttə bu xəstəliklər də insanlar üçün təhlükəlidir. Bu gün burselyoza yeni yoluxmuş xeyli xəstələr var. Bu xəsətəlik hardan gəlir? - heyvani mənşəli ətdən, süddən, pendirdən və sair. Deməli, xəstə heyvanlar var ki, insanlar yoluxur. Çünki baytarlıq yoxlamaları təəssüflər olsun ki, bəzən formal xarakter daşıyır”.
Azərbaycana mal idxal edən ölkələrdə korrupsiya varsa, o mallarda xəstəlik də var
A.Qeybulla dedi ki, baytarlıq nəzarətinə dair vrulan möhür çox vaxt korporativ maraqlara xidmət eləyir: “Xaricdən Azərbaycana məhsul idxal edən ölkələrdə də korrupsiya halları var. Biz öz şəxsi təhlükəsizliyimiz üçün bu heyvanları yoxlamalıyıq. Ən azı heyvanların içindən daha arığı, zəifi, xəstəsi, bikefi xüsusilə yoxlamaya cəlb olunmalıdır. Baytarlıq xidmətimizin əlində bu imkanlar varsa, niyə də bu, yoxlanmasın? Bazarda satılan əttə, süddə, pendirdə burselyoz varsa, deməli, nəzarət yoxdur. Eləcə də vərəm. Heyvanlarda vərəm ağciyərlərin ağciyər xarici orqanlarda təsadüf olunur və bu infeksiya heyvanlarda müalicə olunmur, ona görə çox vaxt ölümlə nəticələnir”.
Dövlət profilaktik tədbir görməlidir ki, iqtisadiyyatı qənaətli olsun
Həkim bu məsələnin ictimailəşməsini təqdirəlayiq hal hesab eləyir: “Ona görə bu məsələ ciddi şəkildə ictimaiyyətin diqqətində olmalıdır. Jurnalistlərin bu məsələni qabartması çox yaxşı haldır. Hətta bu informasiya yanlış olsa belə, qabardılmasının əhəmiyyəti odur ki, bu məsələyə diqqət ayrılsın. Çünki bu cür neqativ hallar son anda həm dövlətə, həm cəmiyyətə, həm vətəndaşa baha başa gəlir. Bu cür məsələlərdə profilaktik tədbirlərin görülməsi dövlət üçün də iqtisadi qənaət deməkdir”.
Yatanlar, ayılın, Azərbaycan əhalisinin kütləvi qırğını getdikcə sadələşir.



Paylaş:


Müəllif : Tarix:
22-03-2017, 10:21
  


loading...
Загрузка...