"Daha yorulmuşam" deyən icra başçısı... - Mikayılov müflisləşib? » Regionxeberleri.com "Daha yorulmuşam" deyən icra başçısı... - Mikayılov müflisləşib? » Regionxeberleri.com

reklam
» » "Daha yorulmuşam" deyən icra başçısı... - Mikayılov müflisləşib?

reklam

"Daha yorulmuşam" deyən icra başçısı... - Mikayılov müflisləşib?

Hazırda Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovla bağlı DİA.AZ-a daha bir ilginc informasiya daxil olub. Belə ki, məlumatlı mənbə Süleyman Mikayılovun "yuxarılara" "daha yorulmuşam, məni vəziufədən alın" deyə müraciətdə bulunduğunu iddia edir.

Mənbənin dia.az-a söylədiyi: "Süleyman Mikayılov əslində yorulmayıb. Sadəcə olaraq, onun - himayəsində olduğu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova asilik etməsi və bu faktın ictimailəşməsi nəhayətdə başçını çətin duruma salıb. Vəziyyət o həddədir ki, hətta Süleyman Mikayılova "patronu" trəfəindən bir çox maliyyə hesablarının qapaıdlması göstərişi də verilib. Bunun da nəticəsində icra başçısı rəsmən müflis duruma düşüb. Hətta onun iki obyektini (onlardan biri restoran kimi çalışır -mənbə) satışa çıxardığı da gəzən söhbətlər içindədir".

Mənbə bildirir ki, çox güman Mikayılob arzusuna çatacaq və yaxın günlərdə işindən alınacaq: "Amma bu, onun istədiyi vaxt olmayacaq və ötürülən mesajı da nəzərə alınaraq belə bir qərar veriləcək. Bu formada isə Mikayılovun məsələn, Ziya Məmmədov kimi həbs olunmadan yaxa qurtaracağı da gözlənilən deyil. Yəni mümkündür ki, barəsində hansısa hüquqi addım da atılsın".


Paylaş:


Müəllif : Tarix:
3-04-2017, 09:41
  


loading...