reklam
» » Qasımbəyli kəndini bələdiyyə sədri necə “özəlləşdirdi?” - ŞİKAYƏT

reklam

Qasımbəyli kəndini bələdiyyə sədri necə “özəlləşdirdi?” - ŞİKAYƏT

Ölkədə bələdiyyə sisteminin yaradılması vətəndaşların problemlərinin vaxtında həll edilməsi məqsədini güdsə də, bələdiyyələr yarandığı gündən vətəndaşlarla çəkişmədədirlər.Buna səbəb isə bələdiyyələrin vəzifə səlahiyyətlərindən istifadə edərək, vətəndaşıarın rifahı üçün ayrılmış torpaq sahələrini, hətta, meydançalar və örüş yerlərini belə müxtəlif şəxslərin adına sənədləşdirmə yoluyla zəbt etmələridir.
Belə hallar, xüsusən, kənd təsərrüfatının inkişafı üçün istifadəsi nəzərdə tutulan torpaqlarda baş verir. Bu ərazilər digər məqsədlərlə istifadə edilir. Yerli icra strukturları, bələdiyyələr torpaqların təyinatını qanunsuz olaraq dəyişdirir, fərdi yaşayış evi və ya istirahət evləri, restoran və kafelər, eləcə də, təyinata uyğun olmayan başqa tikililər tikirlər. Bu zaman təyinatli kənd təsərrüfatı torpaqlarının sahəsi azalır və bu tendensiya davam edir.
Özü də bu kənd təsərrüfatıyla məşğul olan bölgələrdə daha çox baş verir. Baxmayaraq ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev qanunda dəyişikliklər edilməsi haqqında 2015-ci il 30 sentyabr tarixli sərəncam da imzalayıb. Qanunda dəyişiklik edilməsində isə məqsəd torpaqların təyinatı üzrə düzgün istifadəsi və özbaşınalığın qarşısını almaqdır. Bələdiyyələr istənilən yerdə torpaqları qanunsuz olaraq paylayıblar, satıblar. Fərqi yoxdur, bu torpaqlar onların özlərinin istifadəsindədir, ya yox. Nəticədə bu da vətəndaşların narazılığına səbəb olur.
Qeyd edək ki, artıq bələdiyyələrin torpaq haqqında sənəd vermək hüququ əllərindən alınıb.
Qasımbəyli kəndinin 160 ailəsi nəyə etiraz edir?
Gununsesi.info-ya müraciət edən Bərdə rayon Qasımbəyli kənd sakinlərinin şikayəti də məhz bu kəndin bələdiyyəsinin yarıtmaz fəaliyyətindəndir.
Şikayətçi kənd sakinləri bildirirlər ki, Azərbaycan dövləti ölkə Prezidentinin apardığı daxili siyasət nəticəsində insanların qayğısına qalır, vətəndaşların firavan və dinc yaşamaları üçün bütün mümkün tədbirləri görür, insanların mədəni istirahət etmələri üçün xüsusi yerlər ayırır, mövcud olanların isə bərpa olunması üçün küllü vəsait xərcləməklə həyata keçirir.
Lakin Bərdə rayon İcra Hakimiyyətinin rəhbərləri, prokrorluğu və digər adiyyatı qrumlar rayonun Qasımbəyli kəndində yaşayan 160 ailəni, 570 nəfər səs vermə hüququna malik seçicini, 400 nəfər azyaşlı gənci və qocaları hüquq və azadlıqlarından məhrum edərək, prezidentin apardığı daxili siyasətə zidd olaraq, dövlətin, xalqın yox, korrupsioner keçmiş bələdiyyə sədri Xanbala Talıbovun müdafiəsində dayanırlar:

“Prezident İlham Əliyevin verdiyi fərmanda deyilir ki, ümumi istifadə olunan örüş otlaq sahələri və dövlət mülkiyyətində olan bütün torpaq sahələri kəndlilərin ümumi istifadəsində olmaqla, kənd təsərrüfatının inkişafı üçün təyinatı üzrə əkilməlidir və həmin sahələrdə evlərin tikilməsi qəti qadağandır və tikilmiş evlər sökülməlidir.
Lakin keçmiş bələdiyyə sədri Xanbala Talıbov bələdiyyədə işlədiyi dövrdə kəndin ümumi istifadədə olan 13 hektar örüş otlaq sahəsini, 4 hektar dövlət mülkiyyətində olan futbol, voleybol və uşaq əyləncə mərkəzi yerləşən məktəbin ərazisini, kənd seçki məntəqəsini, kənd kitabxanasını, kəndin həkim məntəqəsi yerləşən inzibati binasını öz qərarı ilə kənd camaatının ümumi razılığı olmadan, Nazirlər Kabinetinin qərarı olmadan həyətyanı torpaq sahəsi kimi sataraq, korrupsiya yolu ilə küllü miqdar qazanc əldə edib”.
Sabiq bələdiyyə sədri bayrağı cırıb?!
Kənd sakinlərinin sözlərinə görə, 2016-cı il iyulun 1-də X. Talıbov tamah məqsədi ilə dölət mülkiyyətində olan məktəbin voleybol meydançasının torunu bıçaqla doğrayıb, həmçinin, meydançadan asılmış Dövlət Bayrağını cırıb, inzibati binanı yandırıb, həmin ərazini mal peyini ilə doldurub:
“Kənd camaatı Xanbala Talıbovun hərəkətlərinə etiraz edəndə isə o bildirdi ki, bütün torpaqlar mənimdir. Hələ bu azmış kimi kənd sakinlərini şanaj da edir və camaatı şər-böhtana məruz qoyur. Rayon rəhbərliyinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, keçmiş bələdiyyə sədri Talıbovun barəsində heç bir qanuni tədbir görülmür. Əksinə, Talıbovun müdafiəsində dururlar.
Qapıya eşşək bağlayıb
Həmin məntəqədə 2016-cı il avqustun 26-da keçirilən Referendum zamanı biz birtəhər məntəqənin qarşısına Talıbov tərəfindən tökülmüş mal peynini keçib dövlətin və dövlətçiliymizin naminə seçkidə iştirak etdik. Lakin indiyədək də Talıbovun özbaşınalığına son qoyulmayıb. Xanbala Talıbov torpaqları zəbt etməsi azmış kimi, üstəlik kənd camaatını da təhqir edir. Futbol meydançasını zəbt edərək, X.Talıbov qapıya qardaşının eşşəyini bağlayıb və deyir ki, sizdənsə, eşşək yaxşıdır. X.Talıbovun kəndin voleybol və futbol meydançasını, uşaq əyləncə mərkəzini zəbt edib üzərindən asılan asılmış bayrağımızı cırıb. Bu azmış kimi stadiona xususi gözəllik verən 9 ədəd çinar ağacını kəsib. İnzibati binada yerləşən 49 saylı kənd seçki məntəqəsinin və bayrağın qarşısına mal peyni töküb, inzibati binada yerləşən kənd həkim məntəqəsi, kənd kitabxanasın tamah məqsədi ilə mənimsəyib. Kənd əhalisini sadaladıqlarımızdan məhrum edib.
Ümumi istifadə olan örüş sahəsindən dələduzluq yolu ilə 2.60 hektar həyətyanı torpaq sahəsi kimi sataraq, evlərin tikilməsinə yol verib. Qardaşı Bədirov Bəndi Cümşüd oğluna 2004-cü il martın 10-da həmin ümumi istifadədə olan torpaq sahəsindən 5 hektar icarə torpağını dələduzluq edərək verib və bu gün həmin icarə torpağında 2 mərtəbəli ev tikilib, satılıb. Dövlət tərəfindən əkinçilik üçün ayrılmış pay torpağında Talıbov Elmir Xanbala oğluna və qardaşı Bədirov Bəndi Cümşüd oğluna qanunsuz evlər tikib, 3 hektar torpaq sahəsini mənimsəyib.
Kəndin inzibati idarələri və məktəb zəbt edilib
Dövlət mülkiyyətində olan məktəbin stadion yerləşən ərazisini bacısı Adıgözəlova Reyhan Cəmil qızına 25 sentyabr 2003-cü ildə 0.60 hektar sahibkarlıq məqsədi ilə verib və 28 aprel 2012-ci ildə bacısından guya geri alıb. Daha sonra həmin 0.60 hektar ərazidə 2006-cı ildə Qızıl Aypara cəmiyyətinin Bərdə rayon şöbəsinin sədri Xanlar adlı şəxslə korrupsiya əlaqəsi yaradıb uşaq əyləncə mərkəzi tikilib. Əgər göstərilən 0.60 hektar ərazi X.Talıbovun 2003-cü ildə mülküdürsə 2006-cı ildə həmin ərazidə uşaq əyləncə mərkəzinin tikilməsinə niyə yol verilib. Dövlət aktını və çıxarışı əlavə edirik. X. Talıbov Qızıl Aypara cəmiyyətinin Bərdə rayon şöbəsinin sədri Xanlar adlı şəxslə əlbir olub satdığı örüş otlaq sahəsindən 2 məhlə yeri verib”.
Şəhidlərin hasarlanan xatirə abidəsi
Qasımbəyli kənd sakinlərinin sözlərinə görə, X.Talıbov kənd camaatına uzun illərdir maddi və mənəvi ziyan vurur. Kənd camaatına və gənclərə mənəvi sarsıntılar yaşadır:
“X.Talıbov kəndin I Qarabağ Müharibəsində həlak olan və itkin düşən şəhid övladlarının xatirəsini əbədiləşdirən abidənin ərazisini də zəbt edib. Hələ bu azmış kimi abidənin ətrafını hasarlayıb. Kənd camaatı əzizlərinin abidəsini belə ziyarət edə bilmir. Belə zülm olmaz ki, Qasımbəyli kəndinin camaatı çəkir. Heç feodal dövrünün kəndxudası da bu cür hərəkət etməzdi.

Məsələ burasındadır ki, o, bütün bunları kağız üzərində sənədləşdirmək üçün Bərdə rayon Əmlak Komitəsinin məsul əməkdaşı Xəyyam adlı şəxslə əlbir olub, bütün sənədləri saxtalaşdırıb. X.Talıbov bütün sənədləri bələdiyyədə işlədiyi dövrdə öz qərarları ilə vəzifədən sui-istifadə etməklə digər şəxslərlə əlbir olub, tamah məqsədi ilə əldə edib. Onun bütün qərarları saxtadır və heç bir kökü yoxdur. Əlaqədar dövlət idarələrindən xahiş edirik ki, X.Talıbovun əldə etdiyi bütün torpaq sahələri kənd camaatının iştirakı ilə ölçülsün. Torpaqlar arasında gizlədilmiş artıq torpaq sahələri aşkar olunaraq çıxarılıb, kənd camaatının ümumi istifadəsinə qaytarılsın.
Örüşsüz qalan Qasımbəyli kəndinin dərdləri…
İnzibati binada yerləşən seçki, həkim, kitabxana, YAP binası, xeyriyyə işləri üçün icma otağının bərpası təmin edilərək kənd camaatının ümumi istifadəsinə verilsin.
Həmin meydançada “BAYRAQ” meydanı salınması təmin edilsin. Beləliklə, qeyd etdiklərimizin hamısı bu günədək keçmiş bələdiyyə sədri X.Talıbovun müstəmləkəsi altındadır. Odur ki, bir daha xahiş edirik ki, günahkarların və bu işə göz yuman dövlət hüquq mühafizə orqanlarının cavabdehlərinin barəsində qanunu araşdırma aparılıb hər birinin barəsində əməllərinə görə ciddi cəza verilsin”.
Qasımbəyli kənd sakinləri deyir ki, məsələylə bağlı Ədliyyə Nazirliyinə şikayət ediblər. Sözügedən qurumdam 2016-ci il sentyabrın 5-də kənd camaatına cavab gəlib:
“Cavabda Ədliyyə Nazirliyi X.Talıbovla bağlı etdiyimiz şikayətdə qeyd edilən qanunsuzluqların baş verdiyini təsdiqləsə də, bu günədək problemin həll edilməsi və araşdırılmasını Ədliyyə Nazirliyinin Bərdə rayon Regional Ədliyyə Şöbəsinə həvalə etsə də, hələ də problem öz həllini tapmayıb. Ədliyyə Nazirliyinin şikayətimizə verdiyi cavabda deyilir:
Qanunların və digər qanunvericilik aktlarının tələblərinin pozulması halları aşkar edilib
“Bərdə rayonu Qasımbəyli kənd sakini Baxşəliyev Vəli Saday oğlu və digərlərinə.
Sizin keçmiş Qasımbəyli bələdiyyəsinin sədri Xanbala Talıbovun bələdiyyə sədri işlədiyi dövrdə yol verdiyi qanunsuz əməllər barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə daxil olmuş müraciətiniz aidiyyəti üzrə Şöbəyə göndərilmiş və tərəfimizdən araşdırılıb.
Araşdırma zamanı bələdiyyə torpaqlarının və əmlakının özgəninkiləşdirilməsi, bələdiyyə vəsaitin xərclənməsi zamanı Azərbaycan Respubilkasının Torpaq Məcəlləsinin, “Torpaq İslahatı haqqında” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” ”Bələdiyyələrinin maliyyəsinin əsasları haqqında” Qanunların və digər qanunvericilik aktlarının tələblərinin pozulması halları aşkar edilib:
1.Qasımbəyli bələdiyyəsinin 31.10.2001-ci il tarixli 10 saylı iclas qərarı ilə kənd sakini Əliyev Vaqif Müseyib oğlunun 0,40 ha pay torpağı 119 N-li konturundan 97 N-li kontura dəyişdirilib.
2.Bələdiyyənin 29.12.2001-ci il tarixli 12 saylı qərarı ilə sabiq bələdiyyə sədri Xanbala Talıbovun qardaşı Talıbov Kamran Cümşüd oğluna pay torpağı verilmədiyi üçün arvadı Talıbova Atlas Məmməd qızına… istəyi nəzərə alınmaqla 0,22 ha pay torpaq sahəsi ayrılıb.
Ölən qohumların adlarına sənədləşdirilən torpaqlar…
Həmçinin, sabiq bələdiyyə sədrinin anası Bədirova Qızxanım Şamil qızına pay torpağı verilmədiyi üçün qızı Adıgözəlova Reyhan Cəmil qızına istəyi nəzərə alınmaqla 0,22 ha pay torpaq sahəsi ayrılıb (protokol əlavə olunur) Halbuki Xanbala Talıbovun anası Qızxanım Bədirova 10.12.1996-cı il tarixdə, qardaşı Kamran Talıbov isə 29.12.1997-ci il tarixdə hələ ərazidə torpaq islahatı aparılmamışdan əvvəl vəfat ediblər (Bərdə rayon Qeydiyyat şöbəsinin ölüm haqqında arayışları əlavə olunur).
Bununla bağlı Körpüsındıran bələdiyyəsi tərəfindən verilmiş 24.08.2016-cı il tarixdə arayışda Qasımbəyli kəndində torpaq islahatının adambaşına orta pay torpaq norması 0,22 ha olmaqla, Aqrar İslahat Komisiyasının 22.06.1998-ci il tarixli qərarı ilə aparıldığı bildirilib.
Bununla yanaşı, bələdiyyənin 30.06.2006-cı il 06 saylı iclas qərarı ilə adları çəkilən şəxslərə yenidən eyni qaydada pay torpaq sahəsi ayrılıb. Həmin qərarla Talıbov Vüqar Mikayıl oğlu və Mehdiyeva Ramilə Hüseyin qızına da hər birinə 0,22 ha olmaqla pay torpaq sahəsi ayrılıb (protokol əlavə olunur).

Məktəbin binası 2 “şirvan”a satılıb
2.Hazırda şikayətçilərin əhalinin ümumi istifadəsinə geri qaytarılmasını tələb etdikləri köhnə məktəb binasının və meydançasının yerləşdiyi 0,60 ha torpaq sahəsi Qasımbəyli bələdiyyəsinin 25.09.2003-cü il tarixli 09 saylı iclas qərarı ilə adı çəkilən bələdiyyə sədri Xanbala Talıbovun bacısı Adıgözəlova Reyhan Cəmil qızına sahibkarlıq məqsədilə satılıb və sonradan həmin torpaq sahəsi Xanbala Talıbovun mülkiyyətinə keçirilməklə, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən 28.04.2012-ci il tarixli çıxarış alınıb (protokol, daşınmaz əmlakın dövlər reyestrindən çıxarışla, plan və ölçü sənədinin sürəti əlavə olunur).
3.Kələntərli İslahat Komissiyası üzvləri və bələdiyyə sədri Xanbala Talıbov tərəfindən 20.01.2000-ci il tarixdə tərtib olunmuş akta əsasən, Qasımbəyli kəndində yerləşən sözügedən köhnə məktəb binası 20.000 AZM (hazırki 4 AZN) məbləğində dəyərləndirməklə bələdiyyənin mülkiyyətinə verilib (aktın sürəti əlavə olunur).
Bununla yanaşı, Kələntərli AİM-si Yerli İslahat Komissiyasının 26.02.2000-ci il tarixli iclasında Kələntərli AİM-nin balansında olan köhnə istifadəyə yararsız məktəb binası bələdiyyənin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilib. Protokola əlavə olunmuş qiymətləndirmə cədvəlinə görə də həmin məktəbin binası 20.000 AZM (hazırki 4 AZN) dəyərində qiymətləndirilib (protokoldan çıxarış və qiymət cədvəlinin sürəti əlavə olunur).
Qasımbəyli bələdiyyəsinin 30.10.2004-cü il tarixli 10 saylı iclas qərarı ilə isə həmin məktəb binası Adığözəlova Reyhan Cəmil qızına satılıb (protokol əlavə olunur). Halbuki, Köpüsındıran bələdiyyəsi tərəfindən verilmiş arayışda sözügedən köhnə məktəbin 3 binadan ibarət olduğu və 2002-ci ilin noyabr ayından təyinatı üzrə istifadə edilməyən məktəb binasının birinin sonradan söküldüyü, birinində hazırda kənd ambulatoriyasının yerləşdiyi, birində isə sabiq bələdiyyə sədri Xanbala Talıbovun qardaşı Bədirov Qələndər Cümşüd oğlunun ailəsi ilə birlikdə yaşadığı göstərilib.
4.Qasımbəyli bələdiyyəsinin 15.05.2001-ci il tarixli 05 saylı iclas qərarı ilə Xanbala Talıbovun qardaşı Bədirov Bəyəndik Cümşüd oğlu başçısı olduğu “T.Vüsal” kəndli fermer təsərrüfatına bataqlıq, əksinə, yararsız yer kimi 2,0 ha torpaq sahəsi uzunmüddətli icarəyə verilmiş və sonradan bələdiyyənin 25.04.2002-ci il tarixli 05 saylı iclas qərarı ilə həmin 2,0 ha torpaq sahəsi xüsusi mülkiyyətə verilib.
Bununla bağlı sözügedən torpaq sahəsinə Xanbala Talıbovun oğlu Talıbov Vüsal Xanbala oğlunun adına 05.11.2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, plan və ölçü sənədi alınıb.Həmin sənədlərdə isə sözügedən 2,0 ha torpaq sahəsinin bonitet balı 36,4-cü kefiyyət qrupuna aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu göstərilib (protokol, reyestr çıxarışı, plan və ölçü sənədinin sürəti əlavə olunur).
Bundan əlavə bələdiyyənin 29.04.2006-cı il tarixli 0.4 saylə iclas qərarı ilə bələdiyyəyə məxsus 7627 kv.m topaq sahəsi də Vüsal Talıbova satılıb (protokol əlavə olunur).
5.Qasımbəyli bələdiyyəsinin 10.03.2004-cü il tarixli 03 saylı və 10.04.2004-cü il tarixli 04 iclas saylı qərarı ilə Xanbala Talıbovun qardaşı Bədirov Bəyəndik Cümşüd oğluna yararsız torpaq sahəsi kimi 5,0 ha torpqa sahəsi satılmış və sonradan həmin torpaq sahəsini ümumilikdə 4,0 hektarı Xanbala Talıbovun xüsusi mülkiyyətinə keçirilməklə onun adına 28.04.2012-ci il və 20.11.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar alınıb(protokola və çıxışlara əlavə olunur).
Bu çıxışlarda sözügedən 4,0 ha torpaq sahəsinin kateqoriyası digər təinatlı göstərilib, lakin bələdiyyənin 10.04.2004-cü il tarixli 04 saylı iclas qərarı əsasında 5,0 ha torpaq sahəsinə Bədirov Bəyəndik Cümşüd oğlunun adına 11.02.2005-ci il tarixdə verilmiş JN0297 N-li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından həmin 5,0 ha torpaq sahəsinin 4,5 ha hissəsi örüş torpağı olduğu göstərilib(Dövlət aktının sürəti əlavə olunur).
6.Qasımbəyli bələdiyyəsinin 05.07.2002-ci il tarixli 07 iclas qərarı ilə Xanbala Talıbova 0,49 ha, 10.09.2002-ci il tarixli 09 saylı iclas qərarı ilə bacısı Adığözəlova Reyhan Cəmil qızına 0.26 ha və qardaşı Bağırov Bəyəndik Cümşüd oğluna 0,25 ha habelə 25.12.2003-cü il tarili 12 saylı iclas qərarı ilə qardaşı Bədirov Bəyəndik Cümşüd oğluna 0,20 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları nəzərə alınmadan satılıb.
Xanbala Talıbovun bələdiyyə büdcəsinə daxil olmuş pul vasitələrinin hansı məqsədlərə xərclədiyi məlum deyilmiş…

7.Yuxarıda qeyd olunduğu kimi, Qasımbəyli bələdiyyəsinin 2000-2006-cı ilin sentyabr ayınadək Xanbala Talıbovun fəaliyyət dövrünü əhatə edən iclas protokollarından başqa həmin dövr üçün bələdiyyənin maliyyə-təsərrüfat faliyyətini əks sənədləri Körpüsındıran bələdiyyəsinə təhvil verilmədiyindən bələdiyyə torpaqların satışından, yerli vergi və ödənişlərdən bələdiyyə büdcəsinə daxil olmuş pul vasitələrinin hansı məqsədlərə xərcləndiyi məlum deyilmiş. Bununla yanaşı bələdiyyənin bəzi iclas protokollarından göründüyü kimi müvafiq işlərin bələdiyyə vəsaiti hesabına aparılması barədə qərarlar qəbul edilsə də, həmin qərarlarda vəsaitin təyinatı, məqsədi və ddəqiq miqdarı göstərilməyib.
Odur ki, keçmiş Qasımbəyli bələdiyyəsinin sədri Xanbala Talıbovun fəaliyyəti dövrünün inzibati nəzarət icraatı qaydasında Bələdiyyələrlə iş Mərkəzi tərəfindən araşdırılması məqsədə müvafiq hesab edilərək, toplanmış materiallar Bələdiyyələrlə iş Mərkəzinə göndərilib”.
Kənd sakinlərinin sözlərinə görə, X.Talıbovun cinayətlərinə Bərdə rayon İcra Hakimiyyəti, eləcə də hüquq-mühafiəzə orqanlarının məsul şəxsləri göz yumur.



 


Paylaş:


Müəllif : Tarix:
6-04-2017, 12:23
  
loading...