reklam
» » Göyçayda Məşğulluq Mərkəzinin müdiri iş yerlərini satışa çıxarıb

Göyçayda Məşğulluq Mərkəzinin müdiri iş yerlərini satışa çıxarıb

 
Göyçay rayon Məşğulluq Mərkəzində özbaşınalıq baş alıb gedir.Bu barədə tanınmış hüquq müdafiəçisi Rahim Bayramov  öz fecbook səhifəsində məlumat verib.

"Göyçayda işisiz və işaxtaran vətəndaşlar haqsızlıqla üzləşib. Belə ki, bu gün Göyçayda Əmək yarmarkası keçirilir. Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etməkdir. Ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılır. Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Göyçay Qaz İstismar sahəsində 10, Mənzil İstismar sahəsində isə 130-140 boş (vakant) yer var. Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edir. Növbədə olan vətəndaşların deməsinə görə 500-700 manat arası pul verən vətəndaşların işlə təmin olunması təmin olunur. Buda digərlərinin narazılığına səbəb olur. Dostluğumda olan bütün müstəqil jurnalistlərdən və içtimai fəallardan bu məsələni diqqətdə saxlamağı və paylaşmağı xahiş edirəm."

Qeyd edək ki, Göyçay rayon Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov Sabirabad  rayonunun  icra başçısı Nazim İsmayılovun qardaşıdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləri.com


Rahim Bayramov



Paylaş:


Müəllif : Tarix:
9-01-2017, 13:51
  
loading...