X
Üç erməni məmur həbs edildi - Azərbaycan almasına görə » Regionxeberleri.com Üç erməni məmur həbs edildi - Azərbaycan almasına görə » Regionxeberleri.com

reklam
» » Üç erməni məmur həbs edildi - Azərbaycan almasına görə

reklam

Üç erməni məmur həbs edildi - Azərbaycan almasına görə

Ermənistan Dövlət Gəlirlər Komitəsinin məmuru Azərbaycandan ölkəyə qanunsuz alma idxalı zaman rüşvət almaqda şübhəli blinərək həbs edilib.

RegionXeberleri.com "Report”a istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Komitəsinin mətbuat xidmət məlumat yayıb.

Bildirilib ki, Ermənistan Gömrük Komitəsinin Baqrataşen bölməsinin buraxılışa nəzarət idarəsinin müfəttişi və bu qurumun növbə rəisi də Azərbaycan almalarının Ermənistana qanunsuz yolla keçməsində külli məbləğdə rüşvət almaqda şübhəli bilinirlər. Bu məsələdə adları hallanan dövlətin üç məmuru barədə həbs qətiimkan tədbiri seçilib.

Qeyd edək ki, Ermənistanın uyğun qurumları Azərbaycandan bu ölkəyə məhsul idxalının qadağan edilmədiyini bildirir. Onlar bu məsələdə seçimi satıcıların və alıcıların ixtiyarına buraxıb.


Paylaş:


Müəllif : Tarix:
12-05-2017, 22:08
  


loading...