reklam
» » Suraxanı bazarı qeyri-yaşayış sahəsinin qanunsuz istifadəsindən ziyana düşüb

reklam

Suraxanı bazarı qeyri-yaşayış sahəsinin qanunsuz istifadəsindən ziyana düşüb

İyunun 30-da, saat 11:00-da “Suraxanı Bazar” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə bazarın İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 7 ünvanında olacaq. Yığıncağın gündəliyinə Cəmiyyətin balansında olan qeyri-yaşayış sahəsinin qanunsuz istifadəsi nəticəsində dəymiş zərərin hesablanması, 2016-cı ilin yekun maliyyə-təsərrüfat hesabatının təsdiq edilməsi, müəssisənin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı səlahiyyətli şəxsin müəyyən edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Suraxanı Bazar” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42848 manatdır.


Paylaş:


Müəllif : Tarix:
17-05-2017, 09:52
  


loading...
Загрузка...