reklam
» » İsmayıllıda avtomobil körpüdən çaya düşüb, ölən var

reklam

İsmayıllıda avtomobil körpüdən çaya düşüb, ölən var

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında İsmayıllı-Qalacıq-İstisu avtomobil yolunda qeydə alınıb.

Qəbələ rayon sakini, 1962-ci il təvəllüdlü Ağaməmmədov Ağaməmməd Əliheydər oğlu idarə etdiyi 36-BG-893 dövlət nömrə nişanlı, “QAZel” markalı yük avtomobili ilə Qalacıq kəndinin ərazisində, Göyçay çayı üzərindəki körpüdən keçərkən yolun buz bağlaması səbəbindən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq çaya düşüb.

Qəza zamanı sürücü Ağaməmməd Ağaməmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, onun oğlu, 1992-ci il təvəllüdlü Ağaməmmədov Pərviz Ağaməmməd oğlu isə ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı “QAZel”in yük yerindəki iki baş iribuynuzlu heyvan yüngül xəsarət alıb.

Qeyd edək ki, ata və oğlu mal-qara alveri ilə məşğul olub.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Paylaş:


Müəllif : Tarix:
23-01-2017, 21:23
  


loading...
Загрузка...