reklam
» » 14 yaşlı qıza göz dikən seksual manyaklara AĞIR CƏZA

reklam

14 yaşlı qıza göz dikən seksual manyaklara AĞIR CƏZA

Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Nəcməddin İmanov və 1982-ci il təvəllüdlü Rəşad Cəfərov cinayət işi üzrə məhkəmə başa çatıb.

Regionxeberleri.com lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxslərə sanksiyada olan ən ağır cəza- 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində Neft Mədənləri adlanan yerə yaxın yaşayış binasında baş verib.
 
Nəcməddin İmanov və Rəşad Cəfərov həmin binada yaşayan 14  yaşlı Nigarı (ad şərtidir) bloka salaraq seksual xarakterli hərəkətlər ediblər. Məsələdən xəbərdar olan valideynlər polisə şikayət ediblər. Valideynlərin şikayəti əsasında hər iki şəxsi müəyyən edilərək həbs edilib.
 
Onlara Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə bağlı ittiham verilib.


Paylaş:


Müəllif : Tarix:
25-05-2017, 15:44
  


loading...
Загрузка...