X
Mingəçevir su anbarında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB » Regionxeberleri.com Mingəçevir su anbarında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB » Regionxeberleri.com

reklam
» » Mingəçevir su anbarında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

reklam

Mingəçevir su anbarında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

Yevlax rayonunun Xanabad kəndində su anbarında çimərkən batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü Bəkirov Aslan Eldəniz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
  Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, əməliyyat saat 18:48-də başa çatıb.
 
 ***
19:12
 
Mingəçevir su anbarında bir nəfər batıb.
 
 Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.
 
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.
 
Əlavə məlumat veriləcək.


Paylaş:


Müəllif : Tarix:
25-05-2017, 21:53
  


loading...