reklam
» » Azərbaycanda orta məktəb müəlliminin DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

reklam

Azərbaycanda orta məktəb müəlliminin DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Qusar rayonunda 33 yaşlı Məybulla Əhmədovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, M.Əhmədov ali təhsilli olub və orta məktəblərdən birində müəllim işləyirmiş. Bir müddət əvvəl onun səhhətində problemlər yaranıb, eləcə də psixi durumu pisləşib. Bu səbəbdən də məktəbdə işini davam etdirə bilməyib.
 
2 uşaq atası olan M.Əhmədov ötən gecə yaşadığı evin həyətində özünü asıb. Səhər saatlarında ailə üzvləri onun asılı vəziyyətdə qalmış meyitini aşkarlayıb.
 
*****
 
10:00

Qusarda intihar olub.
 
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1984-cü il təvəllüdlü Mahir Məybulla oğlu Əhmədov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.


Paylaş:


Müəllif : Tarix:
26-05-2017, 11:15
  


loading...
Загрузка...