reklam
» » AZƏRBAYCANDA TƏLƏBƏLƏR DƏM QAZINDAN ZƏHƏRLƏNDİ

AZƏRBAYCANDA TƏLƏBƏLƏR DƏM QAZINDAN ZƏHƏRLƏNDİ

 
Gəncədə dəm qazından zəhərlənmə olub.

Hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

Həmin prospektdə kirayədə yaşayan, Gəncə Dövlət Universitetinin üç tələbəsi – Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Yasin Rasim oğlu Səfərəliyev, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Cavidan Ramazan oğlu İsaqlı və həmyerlisi və həmyaşıdı Elməddin Bədrəddin oğlu Kamallı dəm qazından zəhərlənərək  xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, tələbələr yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərləniblər. (apa)




Paylaş:


Müəllif : Tarix:
8-01-2017, 23:07
  
loading...