reklam
» » Bulvarda intihar

reklam

Bulvarda intihar

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr solda nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədiylə özünü dənizə atması barədə məlumat daxil olub.
 
 Dərhal Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədi batdığı yerdən "Bakı Mərkəz” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Əməliyyat saat 17:03-də başa çatıb.


Paylaş:


Müəllif : Tarix:
1-06-2017, 21:42
  


loading...
Загрузка...