reklam
» » Bulvarda dəhşət: hamının içində özünü öldürənin ADI AÇIQLANDI - YENİLƏNİB

reklam

Bulvarda dəhşət: hamının içində özünü öldürənin ADI AÇIQLANDI - YENİLƏNİB

Dünən saat 17 radələrində özünü Bakı bulvarında dənizə ataraq intihar edən şəxsin kimliyi məlum olub. Regionxeberleri.com Lent.az - a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın sahilində özünü suya ataraq intihar edən şəxsin 1994-cü il təvəllüdlü Cəfərov Vüsal Əvəz oğlu olması müəyyən edilib.
 
Hadisə şahidləri ona kömək etməyə çalışsa da, sudan çıxara bilməyiblər. 23 yaşlı oğlanın cəsədini FHN-in xilasediciləri sudan çıxarıb.
 
 
*****
 
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr solda nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədiylə özünü dənizə atması barədə məlumat daxil olub.
 
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədi batdığı yerdən “Bakı Mərkəz” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Əməliyyat saat 17:03-də başa çatıb.


Paylaş:


Müəllif : Tarix:
2-06-2017, 11:32
  


loading...
Загрузка...