reklam
» » Şəmkirdə 44 yaşlı qadın döyülərək ağır xəsarət alıb

reklam

Şəmkirdə 44 yaşlı qadın döyülərək ağır xəsarət alıb

Şəmkirdə 44 yaşlı qadın döyülərək ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhəri ərazisində naməlum şəraitdə baş verib.
Belə ki, rayon sakini, 1973-cü il təvəllüdlü Nəzakət Əli qızı Cavadova ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, huşsuz vəziyyətdə ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilən qadına kəllə-beyin travması və üz nayihəsindən kəsilmiş-cızılmış xəsartləri diaqnozu qoyulub.
N.Cavadovaya tibbi yardım göstərildikdən sonra xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib və onun vəziyyətiunin ağır olduğu bildirilir.
Qadının kim tərəfindən və hansı səbəblə döyülməsi hələlik məlum deyil.
Fakatla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
8-06-2017, 12:01
  


loading...
Загрузка...