X
Cəlilabadda taxıl sahəsi yanıb » Regionxeberleri.com Cəlilabadda taxıl sahəsi yanıb » Regionxeberleri.com

reklam
» » Cəlilabadda taxıl sahəsi yanıb

reklam

Cəlilabadda taxıl sahəsi yanıb

Cəlilabad rayonunda taxıl sahəsində yanğın olub.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əliqasımlı kəndində qeydə alınıb. Kənd sakinləri taxıl sahələrində biçin apararkən qəfildən buğda sahəsində yanğın başlayıb.
 
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Qısa müddət ərzində yanğın lokallaşdırılıb.
 
Bir neçə hektar taxıl sahəsinin yandığı bildirilir. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.


Paylaş:


Müəllif : Tarix:
10-06-2017, 18:13
  


loading...