reklam
» » Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

reklam

Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb. Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.
 
İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
 
 
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
19-06-2017, 13:14
  


loading...
Загрузка...