reklam
» » Aprel döyüşləri qazisini müalicə edən yoxdur: Görüntüləri dəhşətə salır

reklam

Aprel döyüşləri qazisini müalicə edən yoxdur: Görüntüləri dəhşətə salır

2016-cı il aprel döyüşlərində əsl qəhrəmanlıq sərgiləyən, Azərbaycan əsgərinin gücünü düşmənə bir daha sübut edənlərdən biri də Ağayev Yaşar Təvəkkül oğlu olub.

Döyüşlərdə baş nahiyyəsindən güllə yarası alan Yaşar 5 dəfə əməliyyat keçirib.

Regionxeberleri.com Sonxeber.az - a istinadən xəbər verir ki, aldığı güllə yarasından bədəninin sol tərəfi iflic olan və aşağı ətrafları funksiyasını itirən Yaşarın yenidən əməliyyat olunmağa ehtiyacı var.

Qardaşı bildirir ki, Yaşar Türkiyədə əməliyyat olunarsa, sağlamlığına qovuşacaq:

"Qardaşım Aprel döyüşlərində başından güllə yarası alıb. 5 dəfə əməliyyat olunub. Amma yenidən əməliyyat olunmalıdır. O, hələ də xəstəxanada yatır. Əgər yaxşı reabilitasiya mərkəzlərində müalicə olunsa, hərəkət qabiliyyəti bərpa oluna bilər. Bilirsiniz ki, prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva Aprel döyüşlərində yaralanmış qazilərin müalicəsi ilə bağlı xüsusi tapşırıq verib. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar laqeydlik göstərir və bu tapşırıqların yerinə yetirilməsinə diqqət ayırmır".


Paylaş:


Müəllif : Tarix:
21-06-2017, 13:38
  


loading...
Загрузка...