X
Mingəçevirdə hamilə qadın özünü maşının altına atdı » Regionxeberleri.com Mingəçevirdə hamilə qadın özünü maşının altına atdı » Regionxeberleri.com

reklam
» » Mingəçevirdə hamilə qadın özünü maşının altına atdı

reklam

Mingəçevirdə hamilə qadın özünü maşının altına atdı

Mingəçevir şəhərində hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib.

Regionxeberleri.com report-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsi ərazisində baş verib.
Belə ki, həmin küçənin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan report-a bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən G.Məmmədovanın hamilə olduğu məlum olub: "Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Günel Məmmədova onu müalicə edən həkimə ölmək istədiyini və özünü hərəkətdə olan avtomobilin  altına atdığını deyib".
Faktla bağlı araşdırmalara başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
21-06-2017, 18:01
  


loading...