reklam
» » Cəlilabaddakı “İran bazarı”ında güclü yanğın başlayıb – FOTO

reklam

Cəlilabaddakı “İran bazarı”ında güclü yanğın başlayıb – FOTO

 
Cəlilabad rayonunda “İran bazarı” kimi tanınan bazarda güclü yanğın başlayıb. Bu barədə “Report”a rayon sakinləri məlumat veriblər.
Bazarda başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunublar.
Hava küləkli olduğundan alovu hələlik ram etmək mümkün olmayıb, hazırda yanğın davam edir.
“İran bazarı”nda yanğın məişət əşyalarının satışı yerindən başlayıb.
İlkin məlumata görə, tüstüdən zəhərlənmə və yanğından xəsarət alma halları hələ ki, qeydə alınmayıb.




Paylaş:


Müəllif : Tarix:
21-06-2017, 20:03
  


loading...
Загрузка...