reklam
» » Qazaxda cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB

reklam

Qazaxda cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB

Dünən Qazax rayonunda çay kənarında cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Coğaz çay kənarında çoban tərəfindən cəsədi aşkarlanan Qoşqar Fikrət oğlu Məmmədovun müxtəlif dərman preparatları içərək intihar etdiyi müəyyənləşdirilib.
Məlumata görə, inşaat mağazasında satıcı işləyən Q.Məmmədov işlədiyi  dükanda nisyə satdığı xeyli miqdarda malların pulunu kassaya qaytara bilmədiyi səbəbindən öz canına qıyıb.
Qeyd edək ki, o, ailəli imiş.
Faktla bağlı araşdırma aparılır.
***20:21
Qazax rayonunda, Çoğaz çayının kənarında meyit aşkarlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, cəsədin 31 yaşlı Məmmədov Qoşqar Fikrət oğluna məxsus olması müəyyənləşdirilib. Üzərində zorakılıq əlaməti olmayan cəsəd ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
29-06-2017, 09:11
  
loading...