X
Təcili tibbi yardım maşını qəzaya düşdü: yaralılar var » Regionxeberleri.com Təcili tibbi yardım maşını qəzaya düşdü: yaralılar var » Regionxeberleri.com

reklam
» » Təcili tibbi yardım maşını qəzaya düşdü: yaralılar var

reklam

Təcili tibbi yardım maşını qəzaya düşdü: yaralılar var

Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Regionxeberleri.com report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə "VAZ-2110" markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, "KİA" markalı avtomobilin sürücüsü M.İsmayılov və "VAZ-2110" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
29-06-2017, 14:07
  


loading...