Lənkəranda şadlıq evində ölən xəstə və döyülən həkimin adı məlum olub - YENİLƏNİB » Regionxeberleri.com Lənkəranda şadlıq evində ölən xəstə və döyülən həkimin adı məlum olub - YENİLƏNİB » Regionxeberleri.com

reklam
» » Lənkəranda şadlıq evində ölən xəstə və döyülən həkimin adı məlum olub - YENİLƏNİB

reklam

Lənkəranda şadlıq evində ölən xəstə və döyülən həkimin adı məlum olub - YENİLƏNİB

Lənkəran şəhərindəki şadlıq saraylarından birində ölən xəstə və onun həyatını xilas edə bilmədiyinə görə mərhumun qohumları tərəfindən döyülən həkimin adı məlum olub.
"Report"un Cənub bürosu xəbər verir ki, ölən xəstə 1957-ci il təvəllüdlü Lənkəran şəhər, Bala Məmməd küçəsi, ev 2 sakini Axundova Xeyrannisə Cəlil qızı, döyülən "təcili yardım" həkimi isə 1988-ci il təvəllüdlü Həsənov Vüsal Fayaz oğludur.
O, kəllə-beyin travması alaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
***00:04
Lənkəran. 2 iyul. REPORT.AZ/ Lənkəran şəhərində döyülmə hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, şəhərdə yerləşən şadlıq saraylarından birində qəfil halı pisləşən orta yaşlı Xeyransa adlı qadına tibbi yardım göstərilməsi üçün "təcili yardım" çağırılıb.
Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, Aşağı Nüvədi kənd sakini Vüsal Həsənov xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən döyülüb. Həkim baş və üz nahiyələrindən xəsarət alıb. "Təcili yardım" maşınına da ziyan vurulub.
Xəstənin ürəktutmasından keçindiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
3-07-2017, 09:26
  


loading...