reklam
» » Ağdaşda faciə: iki avtomobil toqquşdu, ailənin 5 üzvü xəsarət aldı

reklam

Ağdaşda faciə: iki avtomobil toqquşdu, ailənin 5 üzvü xəsarət aldı

Ağdaşda eyni ailədən nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Bak-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsində “VAZ-21011” markalı minik avtomobili ilə “QAZel” markalı yük avtomobili toqquşub. Nəticədə Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Musayeva Billurə Mamed qızı, onun bacısı, Goranboy sakini, 1968-ci il təvəllüdlü Məmmədova Lətafət Mamed qızı, Gəncə sakini, 1984-cü il təvəllüdlü Musayev Məqsəd Maqsud oğlu, onun 3 aylıq uşağı Musazadə Maqsud Məqsəd oğlu, Goranboy sakini, 2007-ci il təvəllüdlü Məmmədov Nahid Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
8-07-2017, 13:36
  


loading...
Загрузка...