reklam
» » Bakıda qadınlara hücum çəkən şəxs yaxalanıb - ƏMƏLİYYAT

reklam

Bakıda qadınlara hücum çəkən şəxs yaxalanıb - ƏMƏLİYYAT

Bakıda qadınların qızıl boyunbağılarını soyğunçuluq yolu ilə ələ keçirən şəxsi polis saxlayıb.
DİN-dən verilən məlumata görə, iyul ayının 6 və 7-də Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında naməlum şəxs Bakı şəhər sakini olan iki qadına qarşı zor tətbiq edib onların qızıl boyunbağısını götürərək hadisə yerindən qaçıb.
 Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Rzayev saxlanılaraq istintaqa təqdim olunub.
Saxlanılan şəxs ifadəsi zamanı soyğunçuluq yolu ilə əldə etdiyi qızıl boyunbağıları 360 manata qızıl qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-nə müraciət edə bilərlər.


Paylaş:


Müəllif : Tarix:
10-07-2017, 17:24
  


loading...
Загрузка...