reklam
» » Qızılağac qoruğu yanır

reklam

Qızılağac qoruğu yanır

Bu gün saat 14.00 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.
 
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub.
 
Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir.
 
Yanğın əsasən dəniz sahilində, qamışlıq ərazidə müşahidə olunur. Havanın küləkli olması səbəbindən və ərazi bataqlıq olduğundan ora yaxınlaşmaq çətinlik yaradır .Hazırda yanğın 10 hektardan artıq ərazini əhatə edir.


Paylaş:


Müəllif : Tarix:
11-07-2017, 21:06
  


loading...
Загрузка...