İsmayıllıda avtomobil oğurlanıb » Regionxeberleri.com İsmayıllıda avtomobil oğurlanıb » Regionxeberleri.com

reklam
» » İsmayıllıda avtomobil oğurlanıb

reklam

İsmayıllıda avtomobil oğurlanıb

İsmayıllı rayonunda oğurluq hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon sakini İsgəndər Məmmədov idarə etdiyi 10-GJ-510 dövlət nömrə nişanlı ağ rəngli VAZ 21015 markalı minik avtomobilini mağazanın qarşısında saxlayaraq içəri daxil olub.

O, alış-veriş etdikdən sonra avtomobilinin naməlum şəxs tərəfindən oğurlandığını görüb. İ. Məmmədov hadisə barədə dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Hazırda İsmayıllı və ətraf rayonların polis əməkdaşları avtomobilin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Sahibkar İsgəndər Məmmədovun İsmayıllı rayonunda yeməkxana işlətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Paylaş:


Müəllif : Tarix:
24-07-2017, 22:39
  


loading...