reklam
» » İki gün əvvəl dənizdə batan gəncin meyiti tapılıb

reklam

İki gün əvvəl dənizdə batan gəncin meyiti tapılıb

17 yaşlı gənc dənizdə bataraq ölüb.
 
Regionxeberleri.com - un FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 23 iyul günü dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 25 iyul tarixində 2000-ci il təvəllüdlü, İsmayılov İdris Rasim oğlunun  cəsədi batdığı yerdən 8-10 kilo metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Paylaş:


Müəllif : Tarix:
25-07-2017, 14:00
  


loading...
Загрузка...