reklam
» » Həbsxanaya narkotik keçirmək cəhdinin qarşısı alınıb

reklam

Həbsxanaya narkotik keçirmək cəhdinin qarşısı alınıb

Penitensiar Xidmətin Baş idarəsinin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 182.2.1; 182.2.2; 182.2.3; 332.2.1; 332.2.2; 332.2.3; və 66.3-cü maddələrinə əsasən 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifbəyli Sahib Asif oğlu ilə qısamüddətli görüşə gəlmiş Yevlax rayon sakinləri, atası Cumayev Asif Yusif oğlu, anası Cumayeva Ceyran Abduləli qızı və bacısı Qurbanova Nailə Asif qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman, sovqatda olan siqaret qutularının içərisində gizlədilmiş 23.960 qram narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilib.


Paylaş:


Müəllif : Tarix:
25-07-2017, 17:38
  


loading...
Загрузка...