reklam
» » Şirvanda toy vaxtı bəyi əqrəb sancdı - Bəy reanimasiyaya yerləşdirildi

reklam

Şirvanda toy vaxtı bəyi əqrəb sancdı - Bəy reanimasiyaya yerləşdirildi

Şirvan şəhər sakinini əqrəb sancıb.
 
Regionxeberleri.com xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.
 
E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.
 
Eyni gündə başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə Şirvan şəhər Xəstəxanasının reanimasiyasına yerləşdirilib. Ona da yardım edildikdən sonra evə buraxılıb.


Paylaş:


Müəllif : Tarix:
28-07-2017, 15:55
  


loading...
Загрузка...