reklam
» » Bakı çimərliklərində DƏHŞƏT: 1 gündə 6 nəfər öldü

reklam

Bakı çimərliklərində DƏHŞƏT: 1 gündə 6 nəfər öldü

İyulun 30-da Bakı şəhərinin ətrafındakı çimərliklərdə 6 nəfər boğularaq ölüb. Regionxeberleri.com bildirir ki, Lent.az dünən baş vermiş faciəvi hadisələri və ölən şəxslərin adlarını təqdim edir:
Hacıqabul sakini, 1969-cu il təvəllüdlü Aslanov Habil Əli oğlu Qaradağ rayonu Səngəçal qəsəbəsindəki çimərlikdə boğularaq ölüb.
Salyan rayon Qaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Mübariz Cavad oğlu Şıxov çimərliyində dənizdə batıb
1985-ci il təvəllüdlü Hüseyn Hadızadə Sabunçu rayonu Pirşağı çimərliyində suda boğulub
Paytaxt sakini, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Kürdəxanı çimərliyində çimərkən boğularaq ölüb
Cəlilabad rayon sakinləri, 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlu Goradil çimərliyində suda boğularaq ölüb.
Qeyd edək ki, dünən hava şəraiti küləkli olub və dəniz dalğalı olduğundan suya girmək təhlükəli hesab edilib.


Paylaş:


Müəllif : Tarix:
31-07-2017, 11:08
  


loading...
Загрузка...