reklam
» » Dənizdə batan 50 yaşlı kişinin meyiti çıxarıldı

reklam

Dənizdə batan 50 yaşlı kişinin meyiti çıxarıldı

Bu gün dənizdə 50 yaşlı şəxs batıb.

Regionxeberleri.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1800 m aralı, nəzarətsiz ərazidə) batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1967-ci il təvəllüdlü Mübariz Əliyev Cavad oğlunun meyiti batdığı yerdən 700 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:11-də başa çatıb.


Paylaş:


Müəllif : Tarix:
31-07-2017, 18:05
  


loading...
Загрузка...