X
İsmayıllıda narkotik becərən şəxs saxlanılıb » Regionxeberleri.com İsmayıllıda narkotik becərən şəxs saxlanılıb » Regionxeberleri.com

reklam
» » İsmayıllıda narkotik becərən şəxs saxlanılıb

reklam

İsmayıllıda narkotik becərən şəxs saxlanılıb

İsmayıllı rayonunda narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb. RegionXeberleri.com APA-ya isitinadən xəbər verir ki, rayonun Uştal kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədov Rafiq Səftər oğlu yaşadığı kəndin ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib.
İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 4-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Rafiq Məmmədov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb.
Əraziyə baxış zamanı oradan hündürlüyü 2 metr, sayı 57 ədəd olan çətənə kolu aşkar edilib. Polis əməkdaşları bitkiləri kökündən çıxararaq maddi sübut kimi götürüblər. O, çətənə toxumlarını tapdığını və meşə sahəsinin ortasındakı boş ərazini kol-kosdan təmizləyərək orada narkotik bitki əkdiyini etiraf edib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
4-08-2017, 22:38
  


loading...