Bakıxanovda ağır qəza - 1 ölü, 3 yaralı » Regionxeberleri.com Bakıxanovda ağır qəza - 1 ölü, 3 yaralı » Regionxeberleri.com

reklam
» » Bakıxanovda ağır qəza - 1 ölü, 3 yaralı

reklam

Bakıxanovda ağır qəza - 1 ölü, 3 yaralı


Bakıda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi "Mercedes” və Orxan Məmmədovun idarə etdiyi "Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
11-08-2017, 14:14
  


loading...