reklam
» » Lənkəranda dəhşətli qəza: 2 ölü, 5 yaralı

reklam

Lənkəranda dəhşətli qəza: 2 ölü, 5 yaralı

 
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Liman şəhərindən keçən hissəsində baş verib.

İribuynuzlu heyvan yolda hərəkətdə olan 90 UE 171 dövlət seriyalı nişanlı, VAZ-2107 markalı avtomobilin yoluna çıxıb. Avtomobilin sürücüsü bu zaman nəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişərək qarşıdan gələn, Astara rayon Sərək kənd sakini, Süleymanov Rüstəm Tarif oğlunun idarə etdiyi 90 LE 868 dövlət seriya nişanlı, Mersedes markalı avtomobilin yoluna çıxıb. Nəticədə avtomobillər toqquşub.

Hadisə zamanı VAZ-2107 markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki daha bir sərnişin aldıqları xəsarətdən qəza yerində ölüblər. Qəza zamanı "Mersedes"in sürücüsü Süleymanov Rüstəm Tarif oğlu, 1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Mikayılova İradə, Lənkəran sakini Əlizadə Elmədddin Cabbar oğlu xəsarət alıblar. Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı şəxsiyyəti hələlik müəyyənləşdirilməyən daha bir şəxs ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.


Paylaş:


Müəllif : Tarix:
16-08-2017, 09:12
  


loading...
Загрузка...