» » Masallıda ana və iki azyaşlı övladı yandı

Masallıda ana və iki azyaşlı övladı yandı

Masallı rayonunda ana və iki azyaşlı övladı ağır yanıq xəsarəti alıb.

Regionxeberleri.com APA-ya istinadən xəbər verir ki, hadisə Qızılavar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən qazan aşıb. Nəticədə, ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıblar.
 
Onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar.


Paylaş:


Müəllif : Tarix:
16-08-2017, 17:29
  
loading...