» » Binəqədi - Novxanı yolu çökdü - Yeni çəkilmişdi - FOTO

Binəqədi - Novxanı yolu çökdü - Yeni çəkilmişdi - FOTO

Binəqədi - Novxanı avtomobil yolunun 11 km-də çökmə hadisəsi qeydə alınıb.

Regionxeberleri.com bildirir ki, "Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Eyni zamanda yolun çökən hissəsinin dərinliyi 5-6 sm-dir.

Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb.

Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sırdan çıxıb.

Əraziyə "Azəravtoyol" ASC-nin əməkdaşları cəlb olunub və yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir. 


Paylaş:


Müəllif : Tarix:
16-08-2017, 18:20
  
loading...