» » Oğlu 68 yaşlı anasını döydü - Azərbaycanda

Oğlu 68 yaşlı anasını döydü - Azərbaycanda


Gəncədə döyülmə faktı qeydə alınıb.

Hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1949-cu il təvəllüdlü Lyudmila Səfərova oğlu tərəfindən vəhşicəsinə döyülüb.

Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, qadının oğlu alkoqol düşkünüdür və o, spirtli içkini qəbul etdikdən sonra onun şüşə qabı ilə anasını döyüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Apa)


Paylaş:


Müəllif : Tarix:
16-08-2017, 22:04
  
loading...